Səudiyyə Ərəbistanı öz vətəndaşlarını təcili Livanı tərk etməyə çağırıb

Səudiyyə Ərəbistanı öz vətəndaşlarını təcili Livanı tərk etməyə çağırıb
# 16 avqust 2012 01:47 (UTC +04:00)
Bakı-APA. Səudiyyə Ərəbistanı Livandakı vətəndaşlarına müraciət edərək onları təcili bu ölkəni tərk etməyə çağırıb. Bu barədə Reyter Səudiyyə Ərəbistanının dövlət agentliyinə istinadən məlumat verir.

Bu addımın səbəbləri izah olunmur.

Son günlər Livanda xarici vətəndaşların oğurlanması halları artıb. Livan tayfalarından birinin nümayəndələri Beyrut yaxınlığında 20-dək artıq Suriya və bir Türkiyə vətəndaşını oğurlayıblar. Onlar girovları Suriyada əsir götürülmüş «Hizbullah» üzvləri ilə dəyişmək niyyətində olduqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR