Qusar rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Qusar rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
# 30 may 2012 10:02 (UTC +04:00)
Qusar. Vəli Turan – APA. Azərbaycanın Qusar rayonunda bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, ötən gecə Qusar rayonu, Xuray kənd sakini, 48 yaşlı Rəhimov Şıxəli Binyaməddin oğlu elektrik cərəyanı vurması səbəbindən dünyasını dəyişib. Hadisə elektrik avadanlıqlarının təmiri zamanı baş verib. Mərhumun meyiti ekspertiza üçün Qusar morquna gətirilib. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR