Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,4% enib
# 01 iyun 2012 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 394 bəndədək, S&P 500 0,2% - 1 310 bəndədək, Nasdaq isə 0,4% - 2 827 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına daxili makroiqtisadi göstəricilər təsir edib. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı artıb, ÜDM-in I rübdə artım tempi dəqiqləşdiriləndən sonra 2,2%-dən 1,9%-ə endirilib ki, həmin xəbərlər bazara mənfi təsir göstərib.

Avropa fond bazarlarında mayın 31-də FTSE 100 indeksi 0,03% - 5 296 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 264 bəndədək enib, Fransa CAC-40-ı 0,05% - 3 017 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 555,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2344 (-0,3%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR