Azərbaycanın London Olimpiadasına lisenziyalarının sayı 39-a çatıb

Azərbaycanın London Olimpiadasına lisenziyalarının sayı 39-a çatıb
# 23 aprel 2012 10:19 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, bu günə kimi Olimpiadaya 37 vəsiqə qazanan yığmamızın növbəti 2 lisenziyası üzgüçülük növündədir.

Belə ki, həmişə olduğu kimi yenə Beynəlxalq Su İdmanı Növü Federasiyası Azərbaycana 2 “wild-card” verib. Hələ idmançıların adları açıqlanmasa da, bunlardan biri kişi, digəri qadın üzgüçü olacaq.

Qeyd edək ki, 39 lisenziya 13 idman növündədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR