Azərbaycanda bank aktivləri 17% artıb

Azərbaycanda bank aktivləri 17% artıb
# 04 oktyabr 2012 10:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2012-ci il sentyabrın 1-nə 15 513,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 211,1 mln. manat və ya 16,6% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bu ilin əvvəlindən aktivlərin həcmi 1 567,1 mln. manat və ya 11,2% artıb.

Avqust ayında isə aktivlər üzrə artım 535,3 mln. manat və ya 3,6% təşkil edib. Beləliklə, təkcə avqust ayında müşahidə olunan artım 8 aylıq artım göstəricisinin 34,2%-nə bərabərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR