Gəncə şəhərində 86 yaşlı kişinin meyiti yaşadığı mənzildə tapılıb

Gəncə şəhərində 86 yaşlı kişinin meyiti yaşadığı mənzildə tapılıb
# 24 fevral 2012 12:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Gəncə şəhərində 86 yaşlı kişinin meyiti yaşadığı mənzildə tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1926-cı il təvəllüdlü Qravşenko Nikolay Qavriloviçin mənzilindən kəskin xoşagəlməz iyin gəlməsi, habelə mənzil sahibinin giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməməsi barədə nazirliyə məlumat daxil olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən döşəmədə N. Qravşenkonun cəsədi aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR