İki azyaşlı uşağının qətlində təqsirləndirilən Lerik sakininin cinayət içi üzrə növbəti məhkəmə prosesi keçirilib
27 mart 2012 09:32 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı övladını boğaraq öldürməkdə təqsirli bilinən Lerik rayon sakini, 1976-cı il təvəllüdlü Əmrah Xıdır oğlu Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçən proses əsasən, cinayət işi üzrə sənədlərin elan olunması ilə davam etdirilib. İş üzrə növbəti məhkəmə prosesi isə martın 30-na təyin olunub.
Qeyd edək ki, Lerikin Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Əmrah Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər və 1 yaşlı Filizin meyitləri ötən il oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb. Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub. Ə. Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi açılıb.

Hadisə
Abşeronda 3 gün öncə qəzaya düşən tələbə ölüb
22:36
14 may 2024
Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
21:05
14 may 2024
Gürcüstandan Azərbaycan istiqamətində sərhədi pozmağa cəhd edən 36 nəfər saxlanılıb
18:24
14 may 2024
Heydər Əliyev prospektində iki qəza olub - FOTO - YENİLƏNİB
18:05
14 may 2024