Naftalanda hava limanı tikilə bilər

Naftalanda hava limanı tikilə bilər
# 07 avqust 2012 14:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Hazırda Azərbaycanda 6 hava limanı fəaliyyət göstərir. Bu hava limanları beynəlxalq standartlara uyğundur və onlara beynəlxalq status verilib”. APA-nın xəbərinə görə, bu fikirləri YAP-ın saytına müsahibəsində Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib.

A. Məmmədovun sözlərinə görə, Nazirlər Kabineti öz qərarları ilə hava limanlarının beynəlxalq uçuşlara açıqlığını təsdiq edib: “Yenilərinə gəlincə, qeyd etdiyim kimi hələlik Naftalanda hava limanının tikilməsi məsələsinə baxılır. Ola bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsindən sonra Xankəndi hava limanının məsələsinə baxılsın”.

Administrasiya rəhbəri 2014-cü ildə postsovet məkanında ilk olaraq ən müasir “Boeing-787” təyyarələrini Azərbaycanın alacağını deyib: “Təkcə bu il ərzində həm “AZAL”, həm də özəl aviaşirkət olan “Silk Way” 4 yeni təyyarə alıb. Beşinci təyyarə də artıq bu ay Bakıya gətiriləcək. Onların hamısı geniş gövdəli, yeni, müasir tələblərə cavab verən “Boeing-747” və “Boeing-767” təyyarələridir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR