Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsinə başlanıb

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsinə başlanıb
# 17 aprel 2012 11:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsinə başlanıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı daxil olan müraciətlər araşdırılır. İndiyədək 58 rayon üzrə sənədlərə baxılıb və kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 25,2 mln. manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul olunub. Bu qərar icra edilmək üçün Maliyyə Nazirliyinə və “Kapitalbank”a göndərilib.

İ.İbrahimov qeyd edib ki, aprelin 9-da subsidiyaların verilməsi prosesinə başlanıb: “İndiyədək 169 mindən çox fiziki və hüquqi şəxs, yəni subsidiyaya düşən sahibkarların 70%-i subsidiyanı artıq alıb. Subsidiyaların verilməsi artıq öz müsbət təsirini göstərir, o cümlədən yaz əkinləri sürətlənib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR