KADEX-2012 beynəlxalq müdafiə sərgisi başlayıb

KADEX-2012 beynəlxalq müdafiə sərgisi başlayıb
# 03 may 2012 09:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Qazaxıstanın paytaxtı Astana şəhərində KADEX-2012 beynəlxalq müdafiə sərgisi başlayıb. APA-nın məlumatına görə, mayın 6-dək davam edəcək sərgidə 20-dən çox ölkədən 250 şirkət öz məhsullarını nümayiş etdirir.

Sərgidə Azərbaycanın Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətləri ziyarətçi qismində iştirak edirlər.

Sərgi çərçivəsində beynəlxalq hərbi elmi-texniki konfrans təşkil olunacaq. Sərgidə Qazaxıstan ordusunun arsenalındakı silah və hərbi texnikanın nümayişi, Quru Qoşunların taktiki nümayişləri, həmçinin avia-şou nəzərdə tutulur. Sərgi günlərində hərbi orkestrin konsert proqramları da olacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR