Azərbaycan prezidenti Rusiya Dövlət Duması MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan prezidenti Rusiya Dövlət Duması MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib -<font color=red> FOTO</font>
# 06 iyul 2012 14:55 (UTC +04:00)
APA-nın məlumatına görə, Dövlət Dumasına yeni seçkilərdən qısa müddət ötməsinə baxmayaraq, Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bunu həm parlamentlərarası əlaqələrin, həm də ümumilikdə ölkələrimiz arasında mövcud əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib.

Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin çoxşaxəli olduğunu və bütün sahələri əhatə etdiyini vurğulayan prezident İlham Əliyev əməkdaşlığımızın siyasi, iqtisadi, ticari və digər sahələrdə uğurla inkişaf etdiyini deyib. Dövlət başçısı ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığı isə başqa ölkələr üçün nümunə kimi qiymətləndirib. Bütün sahələrdə əməkdaşlığımızın tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslandığını qeyd edən prezident İlham Əliyev bildirib ki, hər iki ölkənin dövlət rəhbərlərinin bu münasibətləri strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirmələri təsadüfi deyil. Münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin rolunu qeyd edən dövlət başçısı ölkəmizin MDB çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayaraq deyib ki, bu əməkdaşlıq, ilk növbədə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da genişləndirilməsi üçün əlavə imkanlar açır.

Azərbaycan prezidenti nümayəndə heyəti üzvlərinin ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaradacağına əminliyini bildirib.

Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birlikdə Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Leonid Slutski parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonda xatirə şəkli çəkdirildi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR