İmişlidə baş vermiş yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb

İmişlidə baş vermiş yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb
# 29 aprel 2012 21:56 (UTC +04:00)
İmişli. Əlibәy Zeynallı-APA. İmişlidə baş verən avtomobil qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon polis şöbəsindən məlumat verilib.

Xəbərə görə, dünən saat 7.00 radələrində İmişli-Qaravəlli-Mirili avtomobil yolunun 4-cü kmilometrində, Cavadxanlı kəndi ərazisində baş vermiş avtomobil qəzasında
Cəbrayil rayon sakini, 1990-cı il təvəllüdlü Ələkbərov Ceyhun İlyas oğlunun idarə etdiyi “Mercedes” markali avtombilli yolun kənarındakı dərəyə aşırıb.

Nəticədə avtomobildə olan, 1956-cı il təvəllüdlü Ələkbərov Nüsrət Cəmil oğlu hadisə yerindəcə ölüb, sürücü və onun atası, 1958-ci il təvəllüdlü Ələkbərov İlyas Cəmil oğlu isə müxtəlif bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR