Ermənistan ordusunun əsgəri xəstəlikdən ölüb

Ermənistan ordusunun əsgəri xəstəlikdən ölüb
# 10 aprel 2012 15:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Ermənistan ordusunun əsgəri xəstəlikdən ölüb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə aprelin 7-də baş versə də, Müdafiə Nazirliyi faktı ictimaiyyətdən iki gün gizli saxlayıb.

Gorusdakı hərbi hissədə xidmət edən əsgər Ayk Qazaryan Sisyandakı hərbi hospitalda ölüb. Əsgərin meningitdən öldüyü bildirilib.

Yerli KİV məlumatı yaydıqdan sonra Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib. Faktla bağlı “xidmətə səhlənkar münasibət” maddəsi üzrə cinayət işi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR