Fransanın yeni baş naziri hökumət üzvlərinə maaşlarını 30% azaltmağı təklif edəcək

Fransanın yeni baş naziri hökumət üzvlərinə maaşlarını 30% azaltmağı təklif edəcək
# 16 may 2012 23:48 (UTC +04:00)
Bakı-APA. Fransa baş naziri Jan-Mark Eyro mayın 17-də keçirəcəyi hökumətin ilk iclasında nazirlərə maaşlarını 30% azaltmağı təklif edəcək. APA-nın məlumatına görə, bu barədə yeni baş nazir özü məlumat verib. O qeyd edib ki, nazirlər digərlərinə nümunə olmalıdırlar.

Eyro həmçinin bildirib ki, iyun ayında keçiriləcək parlament seçkilərində namizədliyini sürüb məğlub olan nazirlər vəzifələrini itirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR