Azərbaycan AŞ Mədəni Marşrutları üzrə Hissəvi Sazişinin dövlət qurumları İdarəetmə Şurasının Rəyasət Heyətinə üzv seçilib

Azərbaycan AŞ Mədəni Marşrutları üzrə Hissəvi Sazişinin dövlət qurumları İdarəetmə Şurasının Rəyasət Heyətinə üzv seçilib
# 24 aprel 2012 13:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Avropa Şurasının (AŞ) Mədəni Marşrutları üzrə Hissəvi Sazişinin dövlət qurumları İdarəetmə Şurasının Rəyasət Heyətinə üzv seçilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu hadisə Lüksemburqda keçirilən Avropa Şurasının Mədəni Marşrutları üzrə Hissəvi Sazişinin dövlət qurumları İdarəetmə Şurasının 2-ci iclasında baş verib. İclasda iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, Avropanın beynəlxalq mədəni turizm marşrutlarının tətbiqi, təşviqi və sertifikatlaşdırılması ilə məşğul olan bu qurum, hal-hazırda 14 ölkənin nümayəndəliklərini özündə cəmləşdirib və daha bir neçə ölkə qurumun iclaslarında müşahidəçi kimi təmsil olunub.

İdarəetmə Şurasının iclası zamanı qurumun 4 ölkədən ibarət Rəyasət Heyətinə üzv seçilib. Rəyasət Heyəti qurumun ali orqanı olaraq, Avropa məkanında beynəlxalq mədəni turizm marşrutlarının öyrənilməsi, tətbiqi, təşviqi və sertifikatlaşdırılması üzrə mühüm rol oynayır. Rəyasət Heyətinin növbəti iclasının cari ilin 22 iyun tarixində keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR