SAM-ın beynəlxalq əlaqələri genişlənir

SAM-ın beynəlxalq əlaqələri genişlənir
# 11 aprel 2012 10:01 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) beynəlxalq əlaqələri genişlənir. SAM-dan APA-ya verilən məlumata görə, bu günlərdə mərkəzin direktor müavini Gülşən Paşayeva Fransaya yola düşüb. Səfər çərçivəsində aprelin 12-də Parisdə SAM və Fransa Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanacaq. Bundan başqa, G. Paşayeva Fransa paytaxtında «Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın rolu» mövzusunda keçiriləcək konfransda iştirak edəcək, Beynəlxalq Risklərin Təhlili və Proqnozlaşdırılması Mərkəzində, ictimai əlaqələr üzrə ixtisaslaşdırılmış «Homid» şirkətində, Beynəlxalq və Strateji Əlaqələr İnstitutunda fransalı həmkarlarının işi ilə yaxından tanış olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR