Azərbaycan prezidenti ukraynalı həmkarına təbrik məktubu göndərib

Azərbaycan prezidenti ukraynalı həmkarına təbrik məktubu göndərib
# 23 avqust 2012 16:29 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan xalqı adından və öz adından V. Yanukoviçi və bütün Ukrayna xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə təbrik edən prezident İ. Əliyev bu gün dost Ukraynanın dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsi, sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsi yolu ilə inamla irəlilədiyini, beynəlxalq birlikdə nüfuzunun artdığını vurğulayıb: ““İnanıram ki, Azərbaycanla Ukrayna arasında mehriban dostluq və qarşılıqlı dəstək ənənələri, hərtərəfli əməkdaşlıq, dövlətlərarası münasibətlərimiz xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da dinamik inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli Viktor Fyodoroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Ukrayna xalqına sülh və firavanlıq arzulayıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR