Liviyada səsverməyə bir gün qalmış seçki bülletenləri yanıb

Liviyada səsverməyə bir gün qalmış seçki bülletenləri yanıb
# 05 iyul 2012 19:39 (UTC +04:00)
Bakı-APA. Liviyanın şərqində yerləşən Acabiya şəhərində baş vermiş yanğında Ümummilli Konqresə seçkilərin materialları yanıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, polis ehtimal edir ki, yanğın bilərəkdən törədilib. Bir həftə bundan qabaq analoji hadisə eynilə Liviyanın şərqində olan Benqazidə baş verib. Benqazi seçki komissiyasının rəhbəri bu əyalətdə seçkilərin təxirə salınacağını istisna etməyib.
Liviyanın şərq regionlarına daha çox muxtariyyətin verilməsinə tərəfdar olan siyasətçilər əhalini bu seçkiləri boykota etməyə çağırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR