İraq hökuməti Bağdad-Bakı aviareysinin açılması üçün Azərbaycanda tərəfdaş aviaşirkət axtarır

İraq hökuməti Bağdad-Bakı aviareysinin açılması üçün Azərbaycanda tərəfdaş aviaşirkət axtarır
# 07 noyabr 2012 08:05 (UTC +04:00)
İraqın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Bağdad-Bakı-Bağdad aviareysinin texniki dəyərləndirilməsi başa çatıb. Səfirlikdən bildiriblər ki, birbaşa aviareysin reallaşması üçün Azərbaycan tərəfdən tərəfdaş aviaşirkətin olması vacibdir: “Hazırda niyyətimizin reallaşması üçün Azərbaycanda tərəfdaş aviaşirkət axtarırıq. Tapa bilsək, o zaman Bağdad-Bakı birbaşa aviareysinin reallaşması üçün heç bir problem qalmayacaq. Bu təklifimizi dəyərləndirmək istəyən şirkətlər səfirliyimizə müraciət edə bilərlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR