Kataloniya İspaniya hökumətindən təcili maddi yardım istəyir

Kataloniya İspaniya hökumətindən təcili maddi yardım istəyir
# 29 avqust 2012 09:18 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyanın Kataloniya vilayəti ölkə hökumətinə müraciət edərək, 6 mlrd. dollar həcmində təcili maddi yardım ayrılmasını xahiş edib.

APA-Economics”in xəbərinə görə, müşahidəçilər bunu İspaniyanın təcili köməyə ehtiyacının olması kimi qiymətləndirirlər.

İspaniyanın ən böyük vilayətlərindən olan Kataloniyanın ölkənin ÜDM-də payı 20% təşkil edir. Bu il hökumət ölkənin 17 regionuna yardım göstərilməsi üçün böhran fondu yaradıb. Hazırda fondun həcmi 20 mlrd. dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR