Əli Kərimlinin mühafizəçisinin apelyasiya şikayəti təmin olunmayıb

Əli Kərimlinin mühafizəçisinin apelyasiya şikayəti təmin olunmayıb
# 16 iyul 2012 14:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisinin apelyasiya şikayəti təmin olunmayıb. APA-nın məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Bəhruz Həsənovun həbsdən azad olunmasına dair vəsatətinə baxılıb. Məhkəmə müraciəti təmin etməyib və Suraxanı Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, B. Həsənov iyulun 11-də səhər saatlarında yaşadığı Suraxanı rayon Yeni Günəşli qəsəbəsi ərazisində Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Bəhruz Həsənov barəsində 10 sutkalıq həbs qərarı çıxarılıb. B. Həsənov İnzibati Xətalar Məcəllənin polisə tabe olmama maddəsi ilə ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR