Kamran İmanov: “Azərbaycanda elmi əsərlər arasında Rusiyadan götürülmə plagiat işləri daha çoxdur”

Kamran İmanov: “Azərbaycanda elmi əsərlər arasında Rusiyadan götürülmə plagiat işləri daha çoxdur”
# 26 aprel 2012 08:29 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda müəlliflik hüquqları daha çox elm sahəsində pozulur. Elmi əsərlərin monitorinqi bilavasitə Agentlik tərəfindən aparılmır. Elmi əsərlər müdafiəyə çıxarılırsa, Ali Attestasiya Komissiyası bu funksiyanı yerinə yetirir. Elmi əsərlər MHA-da qeydiyyatdan keçiriləndə isə onların plagiata görə ekspertizası aparılır. K. İmanov deyib ki, elmi əsərlərdən sonra müəlliflik hüquqlarının daha çox pozulduğu ikinci sahə media, üçüncü sahə isə musiqidir: “Audiovizual sahədə isə hüquqlar daha çox xarici ölkələrdə pozulur”.

Agentlik sədri, həmçinin deyib ki, Azərbaycanda kəşflərlə bağlı qanun layihəsi hazırlanıb. Lakin dünyada belə praktika olmadığına görə, hələlik bu qanun layihəsi üzərində iş gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR