Azərbaycan perspektivdə enerji istehlakında bərpa olunan enerjinin payını 4 dəfə artırmaq niyyətindədir

Azərbaycan perspektivdə enerji istehlakında bərpa olunan enerjinin payını 4 dəfə artırmaq niyyətindədir
# 14 mart 2012 10:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda 2015-2020-ci illərdə ümumi enerji istehsalında külək enerjisinin payı 50%-dən 32%-ə düşəcək ki, bunun da əsas səbəbi perspektivdə günəş enerjisinin payının daha da artması ilə bağlıdır. «APA-Economics»in məlumatına görə, bunu Sənaye və Energetika Nazirliyi Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib.

C.Məlikovun sözlərinə görə, 2015-2020-ci illərdə günəş enerjisinin ümumi enerji istehlakında çəkisi 10%-dən 13%-dək, bioenerjinin payı isə 20%-dən 24%-dək artacaq.

C.Məlikov bildirib ki, 2010-cu ildə Azərbaycanda ümumi enerji istehlakının istehsal mənbələrinə görə strukturunda bərpa olunan enerjinin payı 2,53% təşkil edib. Dövlət Agentliyinin strategiyasında uzaq perspektivdə yəni, 2020-ci ilədək bu göstəricinin 9,7%-dək artırılması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR