ABŞ Dövlət Departamenti: “ABŞ-Azərbaycan hökumətlərarası komissiyası iqtisadi və ticari əməkdaşlıq imkanlarını araşdırmağa imkan verən strateji dialoqdur”

ABŞ Dövlət Departamenti: “ABŞ-Azərbaycan hökumətlərarası komissiyası iqtisadi və ticari əməkdaşlıq imkanlarını araşdırmağa imkan verən strateji dialoqdur”
# 20 aprel 2012 08:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner keçirdiyi brifinqdə sözügedən komissiyanın aprelin 1-də Vaşinqtonda keçirilmiş iclasını şərh edərkən deyib. Jurnalistlərin suallarını cavablandıran Mark Toner bildirib ki, toplantıda ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı Əfqanıstan məsələsi də müzakirə olunub. Lakin o bu barədə konkret hansısa informasiyaya malik olmadığını vurğulayıb.

Xatırladaq ki, ABŞ-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası aprelin 18-də Vaşinqtonda keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri maliyyə naziri Samir Şərifov, ABŞ tərəfdən isə ABŞ dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit üzrə müavini Robert Xormatsdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR