Bakıda yaşayış binasında partlayış olub

Bakıda yaşayış binasında partlayış olub
# 13 fevral 2012 13:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında yaşayış binasında partlayış olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın 1-ci mərtəbəsinin girişində yüksək gərginlikli elektrik lövhəsində partlayış baş verib. Nəticədə, girişdə döşəmə çöküb. Yanğın hadisəsi baş verməyib. Liftdə qalan 1 nəfər bina sakini xüsusi alət və avadanlıqlar vasitəsilə yanğınsöndürənlər tərəfindən xilas olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. İlkin ehtimala görə, partlayışa qısaqapanma səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR