«Gəncəbank» istehlak kreditləşməsini azaldıb

«Gəncəbank» istehlak kreditləşməsini azaldıb
# 31 oktyabr 2012 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin depozit portfelinin həcmi 2012-ci ilin oktyabrın 1-nə 5,317 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müddətli depozitlərin həcmi 14,3% artaraq 5,047 mln. manata, tələb olunanadək depozitlər 9,1% azalaraq 0,271 mln. manata, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 18% artaraq 5,302 min manata çatıb.

Təhlil olunan dövr ərzində bankın kredit portfeli 13% artaraq 41,813 mln. manat, o cümlədən qısamüddətli kreditlər (12 ayadək) 16,6% azalaraq 1,213 mln. manat, uzunmüddətli kreditlər (12 aydan artıq) 14,25% artaraq 40,601 mln. manat, istehlak kreditləri isə 18,4% azalaraq 1,150 mln. manat təşkil edib.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 6 bankomatı, 18 POS-terminalı və 69 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR