Mingəçevirdə ərzaq və tikinti mallarının topdansatış mərkəzində yanğın baş verib
30 iyul 2012 08:53 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov-APA. Mingəçevirdə ərzaq və tikinti mallarının topdansatış mərkəzində yanğın baş verib. APA-nın məlumatına görə, hadisə ötən gecə saat 00:30 radələrində “Mingəçevir-Bazar” ASC-nin yaxınlığında yerləşən ticarət mərkəzində qeydə alınıb. Yanğının söndürülməsinə Mingəçevir, Bərdə, Ağdam, Yevlax, Göyçay, Ağdaş və digər rayonlardan yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı 5 sahibkara məxsus ərzaq və tikinti mallarının topdansatış mağazası, məişət avadanlığı, kompüter dəstləri, 15 min manat pul yanıb. Bundan başqa yanğın nəticəsində bazarla üzbəüz 3 mərtəbəli fərdi yaşayış evi də yanıb. İlkin hesablamalara görə, 100 nəfərin işlədiyi həmin mağazaların yanması nəticəsində sahibkarlara 1 milyon manata yaxın maddi ziyan dəyib. Yanğın səhər saat 07:00 radələrində söndürülüb və alovun genişlənərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.
Hadisə
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
20:56
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024