Elmar Məmmədyarov Avstraliya İttifaqı baş nazirinin xüsusi nümayəndəsini qəbul edib - FOTO

Elmar Məmmədyarov Avstraliya İttifaqı baş nazirinin xüsusi nümayəndəsini qəbul edib - <font color=red>FOTO</font>
# 29 iyun 2012 17:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstraliya İttifaqı baş nazirinin Balkan ölkələri, Şərqi Avropa və Qafqaz üzrə xüsusi nümayəndəsi Russel Trudinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Elmar Məmmədyarov Avstraliyalı qonağı ölkəmizdə salamlayıb və bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyinə ümid etdiyini bildirib.
Xüsusi nümayəndə Russel Trudi Azərbaycanın geostrateji əhəmiyyətini xüsusi vurğulayaraq, Avstraliyanın Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlı qeyd edib.
Görüşdə həmçinin, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, həmçinin Azərbaycan və Avstraliyanın sülhməramlı əməliyyatlara verdiyi töhfələr xüsusi vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR