Somali hökuməti xarici dövlətləri öz ərazisini bombalamağa çağırıb

Somali hökuməti xarici dövlətləri öz ərazisini bombalamağa çağırıb
# 23 fevral 2012 03:27 (UTC +04:00)
Bakı-APA. Somali hökuməti Qərb ölkələrini ölkənin ərazisində fəaliyyət göstərən «Əş-Şəbab» qruplaşmasının mövqelərinə aviazərbə endirməyə çağırıb. Bu barədə Reuters-ə ölkənin baş naziri Əbdivəli Məhəmməd Əli bildirib.

«Biz «Əl-Qaidə»nin ölkəmizdəki mövqelərinə zərbələrə çox düzgün baxırıq. Lakin bu ssenari həyata keçirilərkən mülki əhaliyə zərər dəyməsinə yol vermək olmaz», deyə baş nazir bildirib.

Xatırladaq ki, «Əl-Qaidə» terror şəbəkəsi ilə əlaqəli olan «Əş-Şəbab» təşkilatı Somalinin xeyli hissəsinə nəzarət edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR