Azərbaycanda yanacaq daşıyan maşın qəzaya uğrayıb
21 fevral 2012 09:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda yanacaq daşıyan maşın qəzaya uğrayıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Qaradağ rayonunda, Bakı-Qazax yolunun 66-cı kilometrliyində qeydə alınıb. "MAZ" markalı yanacaq daşıyan yük avtomobili qəzaya uğrayıb. Yanğın hadisəsi baş verməyib. Qəzanın nəticələri aradan qaldırılanadək yanğınsöndürənlər hadisə yerində növbə çəkiblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Hadisə
Abşeronda 3 gün öncə qəzaya düşən tələbə ölüb
22:36
14 may 2024
Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
21:05
14 may 2024
Gürcüstandan Azərbaycan istiqamətində sərhədi pozmağa cəhd edən 36 nəfər saxlanılıb
18:24
14 may 2024
Heydər Əliyev prospektində iki qəza olub - FOTO - YENİLƏNİB
18:05
14 may 2024