DİN Yevlaxda 22 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

DİN Yevlaxda 22 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
# 14 aprel 2012 11:34 (UTC +04:00)
APA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, aprelin 13-də saat 10.55 radələrində Yevlax rayonunun Salahlı kəndi ərazisində Bakı şəhər sakini Səbuhi Ağayevin idarə etdiyi "Mercedes" markalı avtomaşınla Salahlı kənd sakini Teyyub Süleymanovun idarə etdiyi "KVZ-3270" markalı avtobus toqquşub, nəticədə avtobus aşıb.

Qəza zamanı xəsarət almış avtobusun sürücüsü T. Süleymanov və 21 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan 9-u xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərin vəziyyətləri isə qənaətbəxşdir.

Faktla bağlı Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR