Sumqayıtda 16 yaşlı oğlan dənizdə batıb

Sumqayıtda 16 yaşlı oğlan dənizdə batıb
# 03 iyun 2012 19:30 (UTC +04:00)
Bakı-APA. Bu gün Sumqayıtda bir nəfər dənizdə batıb. APA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda 1996-cı il təvəllüdlü Rəhimov İsa Şəmşid oğlunun Xəzər dənizinin Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəizin nəzarətsiz hissəsində çimərkən batdığı qeyd olunub.

Dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. İ, Rəhimovun cəsədi ən yaxın məntəqədən 300 metr aralıda sudan tapılaraq çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR