Azərbaycan paytaxtında son sutka ərzində 33 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə təcili yardıma müraciət edib

Azərbaycan paytaxtında son sutka ərzində 33 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə təcili yardıma müraciət edib
# 10 fevral 2012 07:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Son sutka ərzində Bakıda iki ailənin üzvləri dəm qazından zəhərlənib. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. Onun sözlərinə görə, Kürdəxanıda bir ailədən 8 nəfər, Bakıxanov qəsəbəsində isə bir ailədən 5 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən Kürdəxanı sakinlərindən 2-si, Bakıxanov sakinlərinin isə 5-i də xəstəxanaya yerləşdirilib, onlardan 1-i 8 yaşında uşaqdır.

Ümumilikdə sutka ərzində dəm qazı ilə zəhərlənmə diaqnozu ilə 33 nəfər təcili yardıma müraciət edib. Onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR