Serbiya təmsilçisi Zeljko Yoksimoviç “Eurovision-2012” mahnısının Azərbaycan versiyasını hazırlayır - FOTO

Serbiya təmsilçisi Zeljko Yoksimoviç “Eurovision-2012” mahnısının Azərbaycan versiyasını hazırlayır - <font color=red>FOTO</font>
# 26 aprel 2012 12:49 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Serbiyanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edəcək Zeljko Yoksimoviç müsabiqə mahnısı “Nije ljubav stvar”ın instrumental versiyasını hazırlayıb. APA-nın müsabiqənin saytına istinadən verdiyi məlumata görə, versiya Serbiyanın RTS teekanalının Simfonik Orkestri ilə birgə yazılıb. İnstrumental versiyada mahnını pianoda Azərbaycanın Belqraddakı Mədəni Mərkəzinin rəhbəri Zərif Əlizadə ifa edir. Serbiyanın RTS kanalından bildirilir ki, “simfonik janr musiqinin ən gözəl aspektlərdən sayılır və ona görə də Serbiyanın Eurovision komandası inanır ki bu mahnı hamı tərəfindən bəyəniləcək”. Z. Yoksimoviçin ifasında instrumental versiya tezliklə təqdim olunacaq. Bu yaxınlarda mahnının Azərbaycan və latın dili versiyası da çıxacaq.

Qeyd edık ki Zeljko Yoksimoviç II yarımfinalda 1-ci nömrə altında çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR