Sinoptiklər Azərbaycanda gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıblar - YENİLƏNİB

Sinoptiklər Azərbaycanda gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıblar - <font color=red>YENİLƏNİB</font>
# 07 fevral 2012 08:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan sinoptikləri kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb. Xəbərdarlıqda bildirilir ki, fevralın 7-də hava şəraitinin yenidən qarlı, şaxtalı olacağı, şimal-qərb küləyinin güclənəcəyi, fevralın 8-də hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı, güclü şimal-qərb küləyinin arabir şiddətlənəcəyi, çovğunlu olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, fevralın 7-dən 8-nə, 8-dən 9-na keçən gecə və səhər erkən saatlarında 6-10, gündüz 3-5 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaq.

Fevralın 8-də hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı, çovğun olacağı gözlənilir. Havanın temperaturu gecə 6-9, gündüz 3-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Fevralın 9-da isə gündüz yağıntılarda fasilə olacağı, şimal-qərb küləyinin gündüz zəifləyəcəyi, havanın temperaturu gecə 5-10, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında fevralın 8-də qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 13-18, gündüz 5-10 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Fevralın 9-da bölgələrdə qar yağacaq. Gündüz yağıntılarda qısa müddətə fasilə olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 15-20, gündüz 6-11 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Məlumatda o bildirilir ki, ölkə ərazisində kəskin hava şəraitinin fevralın 9-u gündüzədək davam edəcəyi, qarlı, şaxtalı olacağı, şimal-qərb küləyinin güclənəcəyi, çovğun olacağı gözlənilir. Havanın minimal temperaturu 6-10, gündüz 3-5 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR