Ketrin Eşton : İranla “altılıq” ölkələri arasında növbəti görüş mayın 23-də İraqın paytaxtı Bağdadda keçiriləcək

Ketrin Eşton : İranla “altılıq” ölkələri arasında növbəti görüş mayın 23-də İraqın paytaxtı Bağdadda keçiriləcək
# 14 aprel 2012 23:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranla “altılıq” ölkələri arasında keçirilən İstanbul müzakirəsinə sona çatıb. APA-nın məlumatına görə, görüşdən sonra Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton mətbuat konfransı keçirib. Müzakirələrdən razı qaldığını bildirən K.Eşton İranla “altılıq” ölkələri arasında növbəti görüşün mayın 23-də İraqın paytaxtı Bağdadda keçiriləcəyini açıqlayıb: “ Bir neçə həftə vaxtımız var. Uğurlu bir nəticə əldə etmək üçün İranla müzakirələr davam etdirilməlidir. Mütləq dünya ictimaiyyətinin etibarını qazanmaq lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR