Britaniyada Ben Ladenin köməkçisi həbsxanadan buraxılıb

Britaniyada Ben Ladenin köməkçisi həbsxanadan buraxılıb
# 14 fevral 2012 03:46 (UTC +04:00)
Bakı-APA. «Əl-Qaidə» terror şəbəkəsinin keçmiş lideri Üsamə ben Ladenin əsas köməkçilərindən biri olmuş Əbu Katada Britaniya həbsxanasından buraxılıb. Bu barədə APA Frans Press-ə istinadən məlumat verir. Agentliyin məlumatına görə, indi Əbu Katada sutkanın 22 saatını Londonda ev dustağı olaraq keçirəcək. Fevralın 6-da Britaniya məhkəməsi Əbu Katadanın girov müqabilində buraxıla biləcəyi barədə qərar qəbul etmişdi.

Həbsxanada 6 il keçirmiş Əbu Katada müsəlmanları Böyük Britaniyada terror aktları törətməyə çağırdığı üçün həbs olunmuşdu.

Britaniya hökuməti Əbu Katadanı İordaniyaya deportasiya etmək məsələsini nəzərdən keçirir. İordaniyada Əbu Katadanı terrorçuluq ittihamı ilə ömürlük həbs cəzası gözləyir. Eyni zamanda Avropa İnsan haqları məhkəməsinin Əbu Katadanın İordaniyaya deportasiya olunmasını qadağan edən qərarı da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR