Kamerunda terrorçu-kamikadzenin hücumu nəticəsində azı 10 nəfər ölüb

Kamerunda terrorçu-kamikadzenin hücumu nəticəsində azı 10 nəfər ölüb
# 21 noyabr 2015 20:27 (UTC +04:00)

Bakı-APA. Kamerunun şimalında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 10 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Nigeriya ilə həmsərhəd Fotokol şəhərində baş verib.

Terror aktının “Boko Haram” terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR