Məhkum yoldaşına xəsarət yetirən şəxsə hökm oxunub

 Məhkum yoldaşına xəsarət yetirən şəxsə hökm oxunub
# 21 aprel 2016 11:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsində bir nəfərə bədən xəsarətləri yetirməkdə təqsirləndirilən Ramiz İmaniyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçı çıxış edərək təqsirləndirilən şəxsin əvvəlki cinayət işindən 11 il 27 gün həbs cəzası qaldığını bildirib və ona cəzaların toplanmaq yolu ilə 18 il müddətə azadlıqdan məhrum edilmə cəzasınən verilməsini istəyib.

Məhkəmədə son söz deyən təqsirləndirilən şəxs isə törətdiyi əmələ görə, peşman olmadığını deyib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, onun əvvəlki cəzası ilə yeni cəzası toplanmaq yolu ilə 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Penitensiar Xidmətinin 3 saylı Cəzaçəkmə Müəssisəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə 15 il azadlıqdan məhrum edilən Ramiz İmaniyev kamera yoldaşı Ağasadıq Əliyevin üzərinə qaynar su ataraq yandırıb. Ağasadıq Əliyev bədən xəsarətləri alıb.

R. İmaniyev bundan əvvəl qətl hadisəsi törədib və 15 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR