Putin: "Rusiya Britaniyanın Avropa İttifaqından çıxması prosesinə qarışmır"

Putin: "Rusiya Britaniyanın Avropa İttifaqından çıxması prosesinə qarışmır"
# 30 iyun 2016 13:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesinə qarışmayıb və qarışmır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib. Rusiyanın xarici ölkələrdəki səfirləri və daimi nümayəndələri ilə keçirilən görüşdə çıxış edən V. Putin qeyd edib ki, Brexit dedikləri Böyük britaniyalıların seçimidir.

Qeyd edək ki, Böyük Britaniyada iyunun 23-də ölkənin Avropa İttifaqına üzvlüyündən çıxması ilə bağlı referendum keçirilib. Seçicilərin 51,9 faizi qurumdan çıxmağa səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR