Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq üzrə dövlət naziri ilə görüşüb

Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq üzrə dövlət naziri ilə görüşüb
# 26 aprel 2016 14:26 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Əl Qassimi ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişafından, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğundan razılıq ifadə olunub.

Elmar Məmmədyarov Azərbaycanla BƏƏ arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyini qeyd edib.

Tərəflər hər iki ölkə vətəndaşları üçün viza rəsmiləşdirilməsinin asanlaşdırılması və avia reyslərin sayının çoxaldılmasının qarşılıqlı turist səfərlərinin artmasına xidmət etdiyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR