Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Mart

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Mart
# 05 mart 2016 17:44 (UTC +04:00)

YOZUM...

Yuan "Çin səddi"ni aşdı. Gözlənilən idi. Çünki rəsmi Pekin bunun üçün çox çalışdı. Yuanın bivalyuta səbətinə daxil edilməsi ölkə üçün üstünlüklər deməkdir.

Bu üstünlüklərdən çox danışmaq olar. İlk növbədə dünya maliyyə bazarlarında yuanın mövqeyi daha da möhkəmlənəcək. Yuana inam daxili borclanma imkanlarını da artıracaq. Bu, həm də ölkədaxili iqtisadi canlanma deməkdir.

Amma yuanın qlobal ehtiyat valyuta olmasının müsbət tərəflərini qeyd edənlərlə yanaşı, Çin hakimiyyətinə çətinliklər yaradacağını iddia edənlər də var. Bu mövqedə dayananlar yuana tələbatın artacağını və nəticədə onun daha da möhkəmlənməsinə gətirib çıxaracağını ehtimal edir ki, bu da Çin hökumətinin planlarını alt-üst edə bilər. Çünki Çin hökuməti ilk növbədə ixracatçıları dəstəkləmək üçün bir neçə dəfə yuanın məzənnəsini əhəmiyyətli dərəcədə ucuzlaşdırıb.

Beynəlxalq Valyuta Fondunun bu qərarının ilk növbədə Çin və dünya ölkələrinin iqtisadiyyatına müsbət və mənfi təsirlərini isə daha çox sadalamaq olar. Amma bir məsələ aydındır ki, yuanın rəsmi olaraq qlobal ehtiyat valyutalar səbətinə daxil edilməsi Çinə lazım olduğu qədər, Beynəlxalq Valyuta Fonduna üzv ölkələrə də hava-su kimi lazım idi. Çünki Çin bazarında baş verə biləcək hər hansı iqtisadi sarsıntı dərhal dünya iqtisadiyyatına ciddi mənfi təsir edir. Məhz buna görə də Çin rəhbərliyinin valyuta siyasətini ehtiyatla liberallaşdırması və yuanın beynəlxalq ehtiyat valyuta olması digər dövlətlərin də marağındadır. Bu qərardan daha çox kimin qazanacağına gəlincə, bunu zaman göstərəcək. Hələlik isə onu deyə bilərik ki, Çin hökuməti öz məqsədinə nail oldu..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR