Bayram günü Azərbaycanda havanın temperaturu 33 dərəcəyə yüksələcək

Bayram günü Azərbaycanda havanın temperaturu 33 dərəcəyə yüksələcək
# 27 may 2016 10:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mayın 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 16-18 dərəcə isti, gündüz 27-29 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR