Azərbaycan prezidenti San-Marinonun kapitan-regentlərini təbrik edib

Azərbaycan prezidenti San-Marinonun kapitan-regentlərini təbrik edib
# 02 sentyabr 2016 16:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev San-Marino Respublikasının kapitan-regentləri Can Nikola Berti və Massimo Andrea Uqolinini ölkələrinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost San-Marino xalqına daim sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR