Bakıda minik maşını avtobusa çırpılıb, ölən var

Bakıda minik maşını avtobusa çırpılıb, ölən var
# 26 may 2016 09:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda avtobus qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Yasamal rayonu ərazisindəki Yeni dairəvi yolda qeydə alınıb. Sumqayıt şəhər sakini Natiq Eminov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən, Salyan rayon sakini Rafiq Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobusa vurub. Nəticədə xəstəxanaya yerləşdirilən N.Eminov orada ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR