Musiqi Mədəniyyəti Dövlət Muzeyində Firəngiz Əlizadə ilə görüş keçirilib

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Firəngiz Əlizadə ilə görüş keçirilib
# 05 may 2016 15:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Musiqi Mədəniyyəti Dövlət Muzeyində xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və ictimaiyyət nümayəndələri, musiqişünaslar iştirak edib, Firəngiz Əlizadənin yaradıcılığı haqqında çıxış ediblər.

Görüşü giriş sözü ilə açan muzeyin direktoru Alla Bayramova F. Əlizadənin çağdaş Azərbaycan musiqisindəki yerindən, bəstəkarın əsərlərindəki sənətkarlıq xüsusiyyətlərindən danışıb.

Bakı Musiqi Akademiyasının dosenti, musiqişünas alim Jalə Qulamova F. Əlizadənin müxtəlif janrlarda olan əsərlərinin peşəkarlıq xüsusiyyətlərindən bəhs edib, Azərbaycan musiqisinin xaricdə təbliği istiqamətindəki layihələrini xüsusi vurğulayıb.

Tədbirdə F. Əlizadənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Çarxda xalq artistləri Habil Əliyev və Tofiq Quliyevin, professor Yaqub Mahmudovun F. Əlizadə haqqında fikirləri, bəstəkarın dünyanın müxtəlif ölkələrində keçirdiyi konsert proqramlarından kadrlar əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR