İspan parlamentar: "Azərbaycan demokratiyanın ən yüksək səviyyəsini yaşayır"

İspan parlamentar: "Azərbaycan demokratiyanın ən yüksək səviyyəsini yaşayır"
# 26 sentyabr 2016 16:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Azərbaycanda seçkilər tam şəffaf şəkildə keçirilir".

Bu sözləri APA-ya açıqlamasında İspaniya parlamentinin deputatı, NATO PA-nın üzvü Çixilo Barber Xose Maria deyib. O bildirib ki, Azərbaycan demokratiya dövrünün ən yüksək səviyyəsini yaşayır: “Gənclərdən yaşlılara qədər seçicilərə rast gəlmişik. Bununla dövlət Azərbaycan xalqının Konstitusiyaya edilən dəyişikliklərdə iştirak etməsinə şərait yaradır. Biz bir daha şahid olduq ki, Azərbaycan böyük addımlar atır. Hər bir vətəndaş üçün şərait yaradılıb ki, öz fikrini ifadə etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR