Dövlət büdcəsindən SKMF-ya ayrılan vəsaitin həcmi azalıb

Dövlət büdcəsindən SKMF-ya ayrılan vəsaitin həcmi azalıb
# 09 dekabr 2015 11:49 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün 2016-cı ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 66 mln. manat vəsait nəzərdə tutulub.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat prezident İlham Əliyevin "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanında yer alıb.

Bu 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulandan 34 mln. manat və ya 34% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR