Firudin Nəbiyev: “Yoxlamaların dayandırılması bəzi şirkətlərdə arxayınlıq yaradıb”

Firudin Nəbiyev: “Yoxlamaların dayandırılması bəzi şirkətlərdə arxayınlıq yaradıb”
# 04 may 2016 13:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bir xarici şirkətdə 50-60 işçi olduğu halda, 12-14 müavin vəzifəsi var. Biz şirkətlərdə müdir müavinləri vəzifələrinin 3-4-ə endirilməsini təklif etmişik”.

APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib. O bildirib ki, bir neçə il əvvəl BP şirkəti və SOCAR arasında imzalanmış müqaviləyə əsasən, azərbaycanlı mütəxəssislər hazırlanır. Hazırda bu sektorda çalışan əcnəbilərin sayı 10 faizə enib: “Bu istiqamətdə iş aparılmalı, azərbaycanlı mütəxəssislər hazırlanmalıdır. Digər tərəfdən, ixtisara düşmüş Azərbaycan vətəndaşlarının yerinə əcnəbilər təyin olunur ki, bu da bizi narahat edir, belə hallara yol vermək olmaz. Məqsədimiz odur ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsun. Azərbaycan vətəndaşları Azərbaycan iqtisadiyyatından bəhrələnməlidir”.

F. Nəbiyev qeyd edib ki, Azərbaycan prezidentinin tapşırığı ilə yoxlamalar dayandırılsa da, müəyyən məlumatlar daxil olduqda şirkətlərlə müzakirələr aparılır: “Yoxlamaların dayandırılması bəzi şirkətlərdə arxayınlıq yaradıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR