Poroşenko Camalanı “Eurovision-2016”-da qalib gəlməsi münasibəti ilə təbrik edib

Poroşenko Camalanı “Eurovision-2016”-da qalib gəlməsi münasibəti ilə təbrik edib
# 15 may 2016 04:59 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko Camalanı “Eurovision-2016” mahnı müsabiqəsində qalib gəlməsi münasibəti ilə təbrik edib.

APA-nın xəbərinə görə, Poroşenko öz “Twitter” səhifəsində Camalanı qələbəyə görə təbrik edib.

“Möhtəşəm çıxış və qələbə! Camala, bütün Ukrayna sənə ürəkdən minnətdarlığını bildirir!”, -deyə Poroşenko səhifəsində paylaşıb.

Qeyd edək ki, Ukrayna 534 , Avstraliya 511, Rusiya 491 xalla “Eurovision 2016” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR